28 May metrosuna piyada məsafədə, Amerika Səfirliyi, Nəsimi Rayon Polis İdarəsi və Azərbaycan Dillər Universitetinin yaxınlığında yerləşən premium yeni tikili binanın 2-ci mərtəbəsində ümumi sahəsi 120 kv.m olan tam təmirli obyekt icarəyə verilir.
Obyektin əsas üstünlüklərindən biri girişin birbaşa küçədən olması və özünəməxsus ayrıca giriş-çıxışa malik olmasıdır. Daxilində mətbəx və sanitar qovşağı mövcuddur. İstilik sistemi kombi, soyutma sistemi isə kondisionerlə təmin edilib.
Obyekt geniş fəaliyyət istiqamətləri üçün əlverişlidir. Aptek, gözəllik salonu, mağaza, ofis, tədris mərkəzi, klinika, nümayəndəlik, xidmət sahələri və digər kommersiya məqsədləri üçün uğurlu seçimdir.
Mərkəzi yerləşməsi, rahat nəqliyyat əlaqəsi və prestijli ətraf mühit bu obyekti biznesiniz üçün ideal seçimə çevirir.
Ofis haqqı 30% təşkil edir.