Ceyhun Hacıbəyli küçəsində, "Milyonerlər məhəlləsi" kimi tanınan prestijli ərazidə premium obyekt icarəyə təklif olunur. Qeyd 2 otaq şəkilə əlavə edilməyib.
Obyekt 258 və 47 nömrəli məktəblərin, Bakı Sağlamlıq Mərkəzinin və "Neftçi" bazasının yaxınlığında yerləşir. Əraziyə 13, 88, 88A və 133 nömrəli avtobus marşrutları ilə rahat nəqliyyat imkanı mövcuddur.
Binaın 1-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 300 kvadratmetr olan obyekt tam təmirlidir və funksional planlaşdırmaya malikdir. Daxili hissə geniş resepsiyon, 10 müstəqil otaq, mətbəx, 2 sanitar qovşağı və qarderobdan ibarətdir. Otaqların bölgüsü müxtəlif fəaliyyət sahələri üçün rahat iş mühiti yaradır.Bütün otaqlarda kondisioner mövcuddur.Istilik sistemi kombidir.
Obyekt ofis, şirkət nümayəndəliyi, tədris mərkəzi, klinika, konsaltinq şirkəti, estetik və tibbi xidmət mərkəzi, hüquq və maliyyə ofisi, IT şirkəti və digər biznes istiqamətləri üçün ideal seçimdir.
Obyektin qarşısında məhdud sayda avtomobil dayanacağı mövcuddur. Prestijli yerləşməsi, geniş sahəsi və hazır istifadəyə yararlı vəziyyəti bu obyekti biznesiniz üçün uğurlu seçimə çevirir.
Ofis xidmət haqqı 30% təşkil edir.